Zabrat qəsəbəsində iki avtomobil toqquşub, sürücü ölüb

29.11.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, Mirəli Abbasov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə hərəkət edərkən 2003-cü il təvəllüdlü Ələsgər Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində sürücü Ələsgər Ələsgərov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişinlər 2003-cü il təvəllüdlü Sevinc Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Rəsulova, digər sürücü Mirəli Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью