Zabrat yolundakı problemlər aradan qaldırıldı

12.12.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Zabrat yolunda avtomobillər üçün təhlükə yaradan problem öz həllini tapıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

"Bu gün səhər saatlarında əraziyə əməkdaşlarımız cəlb olunublar və problemin həlli istiqamətində müvafiq işlər həyata keçirilib. Qeyd edim ki, yol boyunca bir neçə nöqtədə də asfalt örtüyündə problemlər vardı ki, onların da bərpası tərəfimizdən icra olunub", - deyə A.Nəcəfli qeyd edib.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью