Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 29 may, AZƏRTAC
Zabrat qəsəbəsini içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar 30 may səhər saatlarından axşam saatlarınadək qəsəbəyə suyun verilməsində fasilə yaranacaq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.