Zabratda avtomobilin vurduğu qadın öldü

05.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda yol nəqliyyatı hadisəsi zamanı 30 yaşlı qadın ölüb.

Bakıvaxtı.az xəbər verir ki, qəza Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, piyada keçidindən keçən hələlik şəxsiyyəti bilinməyən təqribən 28-30 yaşlı qadını avtomobil vurub.

Hadisəni törədən sürücü onu xəstəxanaya çatdırmaq istəsə də, qadın yolda dünyasını dəyişib.

Hazırda fakt araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью