Zabratda bu küçə palçıq içindədir Sakinlər əziyyət çəkir VİDEO

22.10.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yolun istifadəyə yararsız vəziyyətdə olması narazılığa səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, bununla bağlı vətəndaşlardan biri sosial şəbəkə hesabında paylaşım edib.

Görüntülərdən aydın olur ki, məhəllədaxili yol başdan-başa palçıq və kiçik gölməçələrlə örtülüb. Şikayətçinin sözlərinə görə, ərazidə yaranan vəziyyətə yaxınlıqda yerləşən su borusunun partlaması səbəb olub. Asfalt örtüyünün olmaması isə suyun torpaq səthinə yayılaraq yolu palçığa çevirməsinə gətirib çıxarıb.

Vətəndaş problemin aradan qaldırılması üçün aidiyyəti quruma müraciət etdiyini bildirib.

Qeyd edək ki, paylaşım sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. İstifadəçilər yolun uzun müddətdir bu vəziyyətdə olduğunu, lakin problemin həlli istiqamətində hər hansı tədbirin görülmədiyini vurğulayıblar.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228109.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью