Zabratda BYD Prius la toqquşdu

27.06.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə bu gün səhər saat 06:30 radələrində Zabrat qəsəbəsinin daxili küçələrindən birində qeydə alınıb.

İlkin məlumata görə, BYD markalı avtomobil "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən BYD markalı nəqliyyat vasitəsi aşıb.

Qəza nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Xəsarət alanların olmadığı bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью