Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Sabunçu rayonu, Zabrat-2 dairəsində iki avtomobil yanıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 23-də axşam saatlarında baş verib.
Belə ki, yol kənarında park edilmiş 99-TK-279 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobildə yanğın başlayıb. Alov qısa müddətdə yaxınlıqda dayanan “Toyota Corolla” markalı maşına da keçib.
Hadisə nəticəsində “Chevrolet” yararsız vəziyyətə düşüb, digər avtomobilə də maddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Yaxınlıqdakı vətəndaşlar dərhal yanğına müdaxilə edərək alovun yayılmasının qarşısını almağa çalışıblar. Uzun sürən müdaxilədən sonra “Chevrolet”dəki yanğını söndürmək mümkün olub.
İlkin məlumata əsasən, yanğın “Chevrolet”də başlayaraq “Toyota”ya keçib.
Nərmin
bax.tvhttps://bax.tv/embed/229187.html