Zabratda köhnə binanın sakinləri təhlükə altında yaşayırlar

03.02.2026

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bina köhnə, pilləkənlər yarasız... Hətta cənazə aparılarkən pilləkən qırılıb, insanlar çətin vəziyyətlə üzləşiblər.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, oktyabr küçəsində yaşayan sakinlər bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər. Onların sözlərinə görə, məskunlaşdıqları bina köhnə olduğundan təhlükə altında yaşayırlar.

Zabratda köhnə binanın sakinləri təhlükə altında yaşayırlar

Hətta bir neçə gün öncə qonşuluqdakı evdən cənazə aparılarkən pilləkən qırılıb, sakinlər yıxılıblar.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra hakimiyyətindən bildirilib ki, bina Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Bakı Şəhər İcra Hakimiyyətindən isə qeyd edilib ki, əraziyə baxış keçiriləcək və məsələ araşdırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью