Zabratda sürücüsü “Chevrolet”i elə saxladı ki... VİDEO

18.07.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Son günlər sürücülərin parklanma məntəqələrində qaydaları kobud şəkildə pozmaları vətəndaşlar tərəfindən narazılıqla qarşılanır.

Avtosfer.az xəbər verir ki, ən çox bu istiqamətdə qayda pozuntuları paytaxtın Nizami, Yasamal və Sabunçu rayonlarında qeydə alınır. Redaksiyamızın sosial şəbəkə hesabına video göndərən yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, təlimçi Arzu Kürsüm Babazadə deyib ki, belə sürücülər şəhərin mərkəzində də parklanma yerlərini zəbt edərək bilavasitə başqa qayda pozuntularına da səbəb olurlar.

Belə ki, paytaxtın Sabunçu rayonu Zabrat yolunda marketin parklanma yerində 77-KV-697 nömrəli “Chevrolet” markalı maşının sürücüsü ətrafda geniş ərazi olsa da, o parklanma yerlərinin 3-nü zəbt edib.

Bununkla da digər avtomobillər üçün parklanmada çətinliklər yaradıb.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью