Zabratda tələsən sürücü yük maşınına sürtünüb buferi qopardı VİDEO

15.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Sabunçu rayonu Zabrat 1 ərazisində səbirsiz sürücü avtomobilinə maddi ziyan vurub.

Avtosfer.az xəbər verir ki, svetoforda dayanmaq istəməyən 99-BV-705 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq qarşıdakı yük maşınını örtməyə cəhd edir. Bu zaman avtomobilin arxa bamperi yük maşınına dəyərək qopur və yerə sallanır.

Videonu təqdim edirik:

Könül Rauf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью