futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Çelsi” futbolçusu Joao Pedroya yeni müqavilə təklif edib.
Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. London klubu braziliyalı hücumçunun anlaşmasının müddətini 2032-ci ilin yayına kimi artırmaq niyyətindədir.
“Zadəganlar”ın nümayəndələri artıq oyunçu ilə danışıqlara başlayıb.
Pedro 2025-ci ilin yayından “Çelsi”də çıxış edir. O, komandada 35 oyunda 15 qol vurub.
Hücumçunun adı bir müddət əvvəl “Barselona” ilə hallanırdı. Londonlular 24 yaşlı futbolçunu buraxmaq fikrində deyil.