Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Londonun “Çelsi” klubu transfer pəncərəsinin son günündə “Liverpul”un müdafiəçi Malo Qusto ilə bağlı təklifini geri çevirib.
Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport”un insayderi Fabris Houkins məlumat verib.
Mersisayd təmsilçisi 23 yaşlı fransalı futbolçunu icarəyə götürmək üçün son anda rəsmi müraciət edib, lakin “zadəganlar” bu keçidə razılıq verməyiblər.
London klubu fransalı müdafiəçini icarəyə göndərməyin əleyhinə olub və yalnız tam transfer variantına açıq olduğunu bildirib. “Liverpul”un isə cari yay transfer pəncərəsində bu keçidi birdəfəlik almaq üçün kifayət qədər maliyyə imkanı olmayıb.