Zahid Oruc 95 saylı məktəbdə görüş keçirib: FOTOLAR

06.02.2025

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

“Xətai rayonu 95 saylı məktəbdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev və rayon prokurorunun da iştirakı ilə sakinlərlə görüşdük.”

Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zahid Oruc öz sosial şəbəkə hesabında paylaşıb.

Bildirilir ki, qəbulda vətəndaşlar çoxsaylı məsələlərlə bağlı müraciətlər etdi və abadlıq, quruculuq, istilik sistemləri ilə bağlı, ekoloji məsələlərlə bağlı vətəndaşların bütün müraciətləri qeydə alındı.

Həmçinin görüşdə aidiyyatı qurumların və təşkilatların rəhbər şəxsləri də iştirak edib.

Qaldırılan bütün məsələlər dinlənilib, bu cür görüşlərin bundan sonra da davam edəcəyini vurğulanıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью