Icma.az bildirir, Tribuna portalına istinadən. Düz bir əsr əvvəl, Vətən müharibəmizin başlandığı tarixlə eyni günlərdə beynəlmiləl irtica il
Həqiqətən parlaq sözlərdir. 44 günlük müqəddəs müharibə xalqımızın Qurtuluş savaşı olduğu üçün prezident İlham Əliyev təkcə Ermənistanı deyi
8 noyabr Zəfəri Yeni Qalib Yüz ilimizin başlanğıcı, Qələbə təqviminin birinci ilidir. Xankəndi səlnaməsi onun nəticəsi və davamıdır.
Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin iclasında deyib.
Deputatın çıxışının tamamını təqdim edirik: “Ulu öndər Heydər Əliyev torpaqları işğalda olan bir xalqın qarşısında, “mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam deyəndə”, minlərlə insanımız imperiya ilə vuruşduqlarına görə çeçenlərə, digər xalqlara həsədlə baxırdı.
İlham Əliyevin liderliyi ilə qazanılan Qələbə bizi dünyada nümunəyə, simvola, yeni millətə çevirdi.
Ən qısa vaxtda, ən az itki və ən yüksək nəticə əldə olunan bir savaş məzlumiyyət və işğladan qurtulmaq istəyən bütün xalqlar üçün örnəkdir.
Avropanın mərkəzində, məsələn, Lüksemburq istənilən hərbi savaşda məğlub olub ayaqda qala bilər, çünki, Avropada şərtlər başqadır, lakin təkcə qaliblərə yaşamaq haqqı verən Qafqazlarda müharibəni uduzub müstəqil dövlət qurmaq mümkün deyil.