Zahid Oruc: Media azadlığı indeksində Azərbaycanı Eritreya ilə bir sıra qoymaq qəbuledilməzdir

23.01.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) illik hesabatına görə, 2025-ci ilin sonunda dünyada həbsdə olan jurnalistlərin sayı 330-a çatıb və bu göstərici beşinci ildir ki, 300 həddini aşır.

Hesabatda Azərbaycan 24 jurnalistin həbsdə saxlanıldığı ölkələr sırasında yer alır və ölkə 2018-ci ildən sonra ilk dəfə jurnalistləri ən çox həbs edən ölkələrin ilk onluğuna daxil olub.

CPJ bu rəqəmləri qlobal avtoritarlaşmanın və silahlı münaqişələrin artması ilə əlaqələndirir. Qeyd olunur ki, 2025-ci ildə göstərici 2024-cü ildəki rekord 384 nəfərlə müqayisədə azalsa da, yüksək olaraq qalır.

Hesabatda o da qeyd olunub ki, Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə Eritreya ilə eyni sırada göstərilir.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Gununsesi.info-ya bu barədə danışıb.

Zahid Oruc bildirib ki, Azərbaycanın media məsələlərində qeyd olunan son dərəcə az sayda hallara görə ölkəni Eritreya ilə eyni təbəqədə təqdim etmək qətiyyən qəbuledilməzdir:

“Xarici maliyyə mənbələrinə əsaslanan media platformalarının üçüncü sektor sahəsində apardıqları fəaliyyətlərin kəşfiyyat məqsədləri olduğu ilə bağlı iddialar mövcuddur. Bu isə ikili sual yaradır ki, fərdi addımlar atılmalıdırmı? Şübhəsiz ki, bu halda reaksiyalar və beynəlxalq münasibətlərdə yaranan problemlərin həlli üçün ilk növbədə həmin şəxslərlə bağlı məsələlərin obyektiv şəkildə araşdırılmasının tərəfdarıyıq. Bu, onların insan hüququdur”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью