Zahid Oruc: Sakinlər ömürlük kirayəçiyə çeviriblər

14.03.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər.

"Cebheinfo.az" xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, kommunal tariflərlə bağlı bir məqam həmişə unudulur:

“Mənzil fondunun yenilənməsi alqışa layiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər. Qanuna görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır. Sonra 6 ay ərzində sakinlər Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyət yaratmalı, rəsmən qeydiyyatdan keçərək binanların idarə etmə strukturu və ödənişlərin miqdarı müəyyənləşdirməlidir. İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhəliklərinə tələb və meyarlar yoxdur".

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью