Zahid Orucdan aqrar sahə ilə bağlı TƏKLİF

23.10.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Nə üçün ölkəmizdə aqrar təsərrüfata kəndin özündən təcrid olunmuş şəkildə baxılır?"

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc dedi.

O vurğuladı ki, Azərbaycanda məşğul əhalinin 31,4 faizi, yəni 1 milyon 782 min nəfəri kənd təsərrüfatında çalışsa da, bu sahənin ölkə iqtisadiyyatındakı payı cəmi 5,9 faiz təşkil edir:

"Bəzi ölkələrin beynəlxalq təcrübəsinə istinad edərək bildirirəm ki, kənd təsərrüfatının inkişafının bilavasitə yerli ərazilərin sosial-iqtisadi tərəqqisi ilə kompleks şəkildə ələ alınmalıdır. Aqrar iqtisadiyyatın inkişafının həm də kəndlərə qayıdışın təşviqinə xidmət edir. Ölkənin ümumi torpaq fondu 8,64 milyon hektardır ki, bunun da 4,8 milyon hektarı kənd təsərrüfatına yararlı torpaqlar, 1,8 milyon hektarı isə birbaşa əkin sahələridir. Zəngin aqrar ənənələrə və dövlət dəstəyinə baxmayaraq torpaqların istehsal potensialından tam istifadə olunmur. Təklif edirəm ki, subsidiya və dövlət dəstəyi mexanizmlərinin qiymətləndirilməsi zamanı yalnız istehsal göstəricilərini deyil, həm də təsərrüfatlarının gəlirləri, yaradılan iş yerləri, su sərfinin və su itkiləri də nəzərə alınsın".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью