Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
106 yaşlı Azərbaycan parlamenti xalqımızın bir əsrlik keşməkeşli tarixini, üç fərqli formasiyanın üstünlüklərini və ziddiyyətlərini özündə əks etdirir.
800 yaşlı İngiltərə parlamenti ilə müqayisədə Azərbaycan qanunvericilik orqanı gənc sayılır, lakin milli parlamentarizm institutumuzun həyata keçirdiyi fəaliyyət bütün dünya üçün örnəkləri, meyar idealları var.
Gununsesi.info Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin iclasında deyib.
Deputatın çıxışının tamamını təqdim edirik: “1918-ci ildə dünya siyasi xəritəsinə şərqdə ilk Cümhuriyyət kimi daxil olan Demokratik Respublikanın çoxmillətli və çoxqütblü parlamenti23 ayda 5 hökumət dəyişikliyindən sonraİrəvan itkisi ilə tarixə qovuşdu.
Ardınca vahid mərkəzi idarəçilik, hətta Stalin dövründəAzərbaycan Ali Soveti millətimizin hüquqi, siyasi və mədəni intibahını, qabaqcıl ziyalıların və çoxmilyonlu zəhmətkeş sinfin arzularını həyata keçirən xalq hakimiyyəti oldu.
Ötən əsrin 70-ci illərində böyük dövlət adamıHeydər Əliyevin Azərbaycana başçılığı ölkəmizifaktiki müstəqilliyə qovuşdurmaqla nəhəng quruculuq işlərinin hüquqi platformasına çevrildi.Ali Qanunverici orqanda qəbul edilən beş illik planlar, qalib keçici qırmızı bayraqlar və təltiflər millətimizin həyatını köklü şəkildə dəyişdirdi.
Ulu öndər yeganə tarixi şəxsiyyyətdir ki, tale ona iki formasiyanın qəhrəmanı, sovet və müstəqil ölkənin parlamentində Birinci şəxs kimi iştirakı nəsib edib.