Zahidanda silahlı qarşıdurma oldu

02.04.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində silahlı qarşıdurma olub.

Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, silahlı qarşıdurma nəticəsində bir mülki şəxs, iki polis əməkdaşı yaralanıb, 3 nəfər həbs edilib.

Hadisənin narkotik alverçilərinə qarşı keçirilən əməliyyat nəticəsində baş verdiyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью