Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Zahid Mərdanov bundan sonra karyerasını “Şəfa”da davam etdirəcək.
Elita klubunu 2-ci liqaya dəyişməsinin səbəbini öyrənmək üçün əlaqə saxladığımız Zahidin cavabı qəribə olmuşdu.
“Mən hələ o səviyyədə deyiləm ki, müsahibə verim, futbolçu olsam, inşallah, verərəm” deyən yarımmüdafiəçinin 2-ci liqanın ikinci yerdə gedən klubuna transferi də maraq doğurdu.
Hətta iddialara görə, Mərdanov bundan sonra premyer-liqadakından daha artıq maaş alacaq.Bəs “Şəfa” 24 yaşlı futbolçu üçün “Şamaxı”ya müraciət edib, yoxsa azad agent kimi transfer edib?
Komandanın baş məşqçisi Elgiz Kərəmlinin “Football-plus.az”a cavabı belə oldu: “Zahidlə bağlı həm “Şamaxı” rəhbərliyi, həm də baş məşqçi ilə əlaqə saxladıq.
Əsasən Kamran İsmayılovdan razılıq alandan sonra futbolçu ilə görüşdük. Düzdü, Zahidə ordakından daha çox maaş veriləcək.
Amma üçqat, heç ikiqat çox da deyil. Onsuz da premyer-liqada az maaş almırdı.