Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır. Bakı, 19 noyabr, AZƏRTAC COP29-un təşkilatçıları bu işin öhdəsindən çox yaxşı gəlib
Nəqliyyat və koordinasiya məsələləri, xəbərdarlıqlar və bildirişlərin vaxtında verilməsi yüksək səviyyədə təmin olunub.
Ümumilikdə, logistika, koordinasiya və məlumat əlçatanlığı yaxşıdır.
Konfransın təşkilatçılığı məni qane etdi və insanların mehriban münasibəti də çox sevindiricidir.
Bu sözləri Nigeriyanın Qadınlar və Gender Konstitusiyasının üzvü Zainab Yunusa AZƏRTAC-a verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, əsas diqqətini cəlb edən məsələ gender bərabərliyi, həmçinin iqlim təsirlərinin qadınların və qızların cinsi və reproduktiv sağlamlıq hüquqları ilə kəsişməsidir: “Bu sahədə müxtəliflik anlayışına böyük əhəmiyyət verirəm.
İndiyə qədər gender məsələləri üzrə müzakirələri izlədim və bu sahədə çox az irəliləyiş olduğunu gördük.
Hətta mövcud razılaşdırılmış yanaşmaların geri çəkilməsi təhlükəsi ilə üzləşirik.