Zakir Əliyevdən qalmaqallı AÇIQLAMA: “Allah kişini üstün yaradıb” VİDEO

16.07.2025

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əməkdar artist Zakir Əliyevin efirdəki sözləri birmənalı qarşılanmayıb.
Demokrat.az xəbər verir ki, ifaçı “Qonaqcanlı” verilişindəki çıxışında kişilərin qadınlardan üstün olduğunu dilə gətirib.
Əməkdar artistin bu sözləri sosial şəbəkələrdə müzakirələrə yol açıb və tənqid edilib.
“Kişinin səsi zil çıxmalıdır. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur. Xanımlar özləri bilməlidir ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Ona görə də evdə kişinin səsi zildən çıxmalıdır. Əgər o həqiqi kişidirsə”, - deyə Z.Əliyev qeyd edib. (Qafqazinfo.az)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью