Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi, polkovnik Rəşad Babayev vəzifəsindən azad edilib.
Hurriyyet.org "Unikal"-a istinadən bildirir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Hazırda MN-nin Maliyyə-Büdcə idarəsinin rəisi vəzifəsini idarənin rəis müavini Vüqar İbrahimov icra edir.
Qeyd edək ki, Rəşad Babayev bu vəzifəyə 2024-cü ildə təyinat almışdı.