Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq. Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib Müdafiə naziri Zakir Həsənov qoşun xidmətinin
AYNA xəbər verir ki, bunu general-polkovnik Zakir Həsənov noyabrın 23-də Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə deyib.
Qeyd edilib ki, qış mövsümü tədbirlərinin gücləndirilməsinin, xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğun saxlanmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin, mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsinin zəruriliyi bildirilib.
Müdafiə naziri Z.Həsənov döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hər zaman yüksək səviyyədə saxlanılması barədə müvafiq göstərişlər verib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.