Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi polis bölmələrindən birinin daimi dislokasiya məntəqəsini ziyarət edib.
Bu barədə "Bizimyol.info"ya Müdafiə Nazirliyindən bildirilib.
Nazirliyin rəhbərliyi burada xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti və məişət şəraiti ilə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra nazirliyin rəhbər heyəti bölmənin nümayiş məşğələsini izləyib.
Hərbi qulluqçularla görüşən nazirliyin rəhbərliyi onların qayğıları ilə maraqlanıb.
General-polkovnik Z.Həsənov şəxsi heyəti qarşıdan gələn 8 Noyabr - Zəfər Günü ilə əlaqədar təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.