Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi polis bölmələrindən birinin daimi dislokasiya məntəqəsini ziyarət edib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin rəhbərliyi burada xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidməti-
Müdafiə naziri general-polkovnik Zakir Həsənov xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra nazirliyin rəhbər heyəti bölmənin nümayiş məşğələsini izləyib.
Hərbi qulluqçularla görüşən nazirliyin rəhbərliyi onların qayğıları ilə maraqlanıb.
General-polkovnik Z.Həsənov şəxsi heyəti qarşıdan gələn 8 Noyabr - Zəfər Günü ilə əlaqədar təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Nazirliyin rəhbər heyəti hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu təltif edib.