Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış oldu FOTO

05.11.2024

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinakın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Zahorie Hərbi-Texniki və Sınaq İnstitutunu (VTSU) ziyarət edib.

Azərbaycan Respublikasının müdafiə nazirinə institutun tarixi və əsas fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib.

İnstitutda yaradılan şərait və təhsil sistemi ilə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti təlim sahəsinə gələrək burada müxtəlif döyüş texnikaları ilə tanış olub və atışlarda iştirak edib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью