Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə
Qonaqlar əvvəlcə Zəfər parkına gələrək Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları ziyarət olunub, xatirələri dərin hörmət və ehtiramla yad edilib.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklil və gül dəstələri düzüblər.
Qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan ilə Türkiyə arasında mövcud əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını xüsusi olaraq qeyd edib.
Hər zaman qardaş ölkəyə səfərlərindən və orada keçirdiyi görüşlərdən razı qaldığını bildirən general-polkovnik Z.Həsənov Türkiyə Respublikasında keçirilən beynəlxalq təlimlərin təşkilatçılığını, eləcə də iştirak edən hərbi qulluqçularımızın peşəkarlığını yüksək qiymətləndirib.
Donanma admiralı E.Tatlıoğlu da öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib.