Zakir Həsənov: Xəbər bizi dərindən kədərləndirdi

22.01.2025

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Mia.az xəbər verir ki, başsağlığında deyilir:

"21 yanvar tarixində, Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş verən faciəvi yanğın nəticəsində 66 nəfər insanın həyatını itirməsi və çox sayda insanın xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi.

Baş vermiş faciəyə görə Sizin, həlak olanların ailələrinin və yaxınlarının dərdlərinə şərik olur, xəsarət alanlara şəfa diləyir, Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью