Zakir İbrahimov onu işdən çıxardı FOTO

22.10.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrlə, Eldəniz Bayramlı şöbə müdiri vəzifəsindən çıxarılıb.

O, 2025-ci ildən "AzerGold" QSC-də Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsinin müdiri vəzifədə çalışıb.

Qeyd edək ki, E. Bayramlı 2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “Ətraf mühitin mühəndis mühafizəsi” ixtisası üzrə bakalavr, 2008-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “Ətraf mühitin mühəndis mühafizəsi” ixtisası və 2016–2018-ci illərdə Böyük Britaniyanın Şeffild Universitetində “Proses təhlükəsizliyi və itkilərin qarşısının alınması” ixtisası üzrə magistr pilləsində təhsil alıb. Həmçinin "SOCAR" AQS-da Sağlamlıq və təhlükəsizlik üzrə qrup rəhbəri vəzifəsində çalışıb.

Könül Vəliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью