Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Zalsburq"dan İngiltərə klubuna
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
"Brentford" heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, İngiltərə klubu rəsmi saytı vasitəsilə müdafiəçi Yannik Şusterin "Zalsburq"dan transfer olunduğunu açıqlayıb.
19 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. Sözləşmədə daha bir illik uzatma imkanı da yer alıb.
Mərkəz müdafiəçisi bu mövsüm “Zalsburq”un əsas heyətində möhkəmlənməyi bacarıb. O, bütün turnirlərdə 29 oyuna çıxıb və 1 qol vurub.
Avstriyanın U-21 millisinin də formasını geyinən Şuster bu mövsüm Avropa Liqasında 3 matçda iştirak edib.