Zalujnı gələn il istefa vermək niyyətindədir

29.12.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Ukraynanın Böyük Britaniyadakı səfiri  Valeri Zalujnı 2026-cı ilin yanvar ayının əvvəlində vəzifəsindən ayrılmaq niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə NV xəbər portalı siyasi və diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, "Zalujnı çox güman ki, Kiyevə qayıtmaq istəyir; əgər qərarına başqa heç nə təsir etməzsə, bunu gələn il yanvarın 4-5-də elan edə bilər".

Ukrayna lideri Volodimir Zelenskinin ofisinə yaxın mənbələrin məlumatına görə, Valeri Zalujnı bir neçə həftə əvvəl istefa vermək niyyətində olduğunu bildirib. Bu, onun Kiyevə səfəri zamanı baş verib. Məlumatda aydınlaşdırılır ki, həmin vaxt səfir və dövlət başçısı Zalujnıyın Ukraynanın baş naziri və prezident aparatının rəhbəri də daxil olmaqla müxtəlif vəzifələrə təyin edilməsi imkanlarını müzakirə ediblər. Lakin həmin vaxt Kiyevin Londondakı diplomatik missiyasının rəhbəri  heç bir maraq göstərməyib.

Gülayə Mecid


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью