Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xarici KİV-in yaydığı məlumata görə, o, Londonda Yunan Katolik Katedralindəki çıxışı zamanı ölkəsinin kapitulyasiyaya qol çəkmək niyyətində olmadığını bəyan edib.
Səfir rəsmi Kiyevin Rusiya ilə münaqişəni davam etdirəcəyini əmin olduğunu söyləyib.
Zalujnı Ukraynanın Kursk əməliyyatına qarşı çıxıb - "Politico" “Bu müharibə hələ bitməyib. Ukrayna təslim olmayacaq.
Biz sizin köməyinizlə qələbə qazanacağıq", - Zalujnı qeyd edib.
Səfir Kiyevin qələbə əzmində olduğunu desə də, Qərb dövlətlərinin yardımlarının əhəmiyyətindən də söz açıb.
Diplomat xüsusi olaraq vurğulayıb ki, hərtərəfli kömək gəlməsə, qələbə mümkün olmayacaq.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb.