Zalujnı: “Ukrayna tükəndirici müharibəyə hazır deyil” VİDEO

14.07.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, USQ-nin keçmiiş Baş Komandanə, hazırda Ukraynanın Böyük Britaniyadakı əsfiri Valeri Zalujnı öz “YouTube” kanalında belə video-paylaşım edib.
Zalujnı, ümumilikdə hərbi sahədə texnologiyaların inkişafının ukraynalılara bahalı rus silahlarına qarşı ucuz və kütləvi istehsal olunan silahlarla mübarizə aparmağa imkan verdiyini deyib. Bu, bir növ Ukraynaya zərbəyə tab gətirmək şansı yaradır. Eyni zamanda o, USQ-nin hələ də uzunmüddətli müqavimət göstərə bilməyəcəyini söyləyib.
“Bununla belə, yüksək texnologiyanın olmaması səbəbindən özünü müdafiə qabiliyyətinin tam spektri ilə təmin edə bilməməsi, tükəndirici müharibə şəraitində uzunmüddətli müqavimətin təmin olunması imkanını şübhə altına alır”, - Valeri Zalujnı deyib.
Zalujnı: “Rusiya Qərb ordularını məğlub edə bilər” Onun sözlərinə görə, indiki vəziyyətdə Kiyev həm köhnəlmiş, həm də yeni silahların “meqa müştərisinə” çevrilib.
Xatırladaq ki, hələ aprel ayında USQ-nin sabiq Baş Komnadanı nətta NATO-nun da Rusiya ilə “tükəndirici” müharibəyə hazır olmadığını iddia etmişdi. Çünki nə Böyük Britaniya, nə də digər ölkələr hazırda eyni vaxtda iki min hədəfin hücumunu dəf etməyə hazırdır.
Valeri Zalujnı bildirib ki, hava hücumundan müdafiə (HHM) sistemləri bahalıdırı, onların sayı isə məhduddur. Bu baxımdan, NATO-nun HHM sistemləri arsenalı cəmi iki-üç ay ərzində tamamilə “boşala bilər”.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью