Icma.az, Newscenter.az saytına istinadən bildirir. Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqının və dövlətinin ən ali arzusu
Bunun ən yaxşı nümunəsi kimi Qarabağ Universitetinin yaradılmasını ali dəyərlərimizə, elmi irsimizə olan dərin ehtiramın nümunəsi kimi qiymə
Azərbaycanın tarixən zəngin elmi-mədəni-tarixi salnamələr ölkəsidir, canlı ensiklopedik coğrafiyadır.
Bizim milli nişanələrimizin zəngim məxəzlərindən biri də Qərbi Azərbaycan torpaqlarıdır.
Vaxtilə Azərbaycana məxsus olmuş torpaqlarda qurulmuş millətçi, təcavüzkar Ermənistan Respublikası bizim tarixi Vətənimiz olan Qərbi Azərbaycan ərazisində son bir əsrdə misligörünməmiş qəddarlıq və vandalizm aktları törədib.
1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusi amansızlıqla yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya edilərək müxtəlif yerlərdə yaşamağa məcbur olunub.
Tarixin ən böyük ədalətsizliyi olan bu etnik təmizləmə nəticəsində azərbaycanlılara məxsus əmlak və qarət edilərək mənimsənilib, tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.
Bu genosid min illər boyu yaşamız soydaşlarımızın etnik mövcudluğuna son qoyulmasına, mədəni irsini məhv edilməsinə səbəb olub.