Zaman ötür, Əfsanələr qalır Tanınmış oftalmoloq Enfild də Qarabağ ı dəstəkləyəcək

28.01.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Bu gün "Qarabağ" Çempionlar Liqasının Əsas mərhələsinin sonuncu - 8-ci turunda səfərdə "Liverpul"un qonağı olacaq. Sport24.az xəbər verir ki, məşhur "Enfild" stadionunda keçiriləcək matçda Qurban Qurbanovun komandasını dəstəkləyənlər heç də az olmayacaq.

Onlardan biri də Bakıda yaşayan tanınmış oftalmoloq Eloğlu Məmmədov olacaq. Artıq Liverpulda olan Eloğlu bəy Liverpula heç də əliboş yollanmayıb. Ağdamlıların oftalmoloq azarkeşi bu oyun üçün xüsusi pankart hazırlayıb. O, üzərində "Zaman ötür, Əfsanələr qalır" pankartında Səttar Əliyevin Müşfiq Hüseynovun vaxtilə geydiyi formaların nömrələrini qeyd edib.

Qeyd edək ki, bu gün baş tutacaq "Liverpul" - "Qarabağ" oyunu saat 00:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью