Zambiyada maraqlı hadisə: Sərxoş polis 13 şübhəlini...

03.01.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Afrika ölkəsi Zambiyada sərxoş polis Titus Phiri 13 şübhəlini Yeni il şənliyinə getmək üçün həbsdən azad edib.

“Cebheinfo.az” xəbər verir ki, hadisə paytaxt Lusakadakı polis bölməsində baş verib.

Phiri özü Serah Banda adlı həbsxana işçisindən açarları zorla alarkən sərxoş olub.

Phiri hadisədən sonra nəzarətə götürülüb.

Qeyd edək ki, sərbəst buraxılan 13 nəfərin arasında oğurluq, soyğunçuluq və basqın etməkdə ittiham olunan şəxslər də var. 

Onların hamısı hələ də azadlıqdadır və axtarılır.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью