Zambiyalı hücumçu “Kəpəz”də

06.07.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni mövsümə hazırlığını davam etdirən "Kəpəz" heyətinə legioner futbolçu qatır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi ötən mövsümü "Mingəçevir"də keçirən Kennet Kalunqa ilə razılıq əldə edib.
Zambiyalı hücumçu artıq komandanın məşqlərinə də qoşulub.
29 yaşlı forvard ötən mövsüm I Liqada keçirdiyi oyunlarda 15 qola imza atıb. O, bombardirlər siyahısında ikinci yeri tutaraq çempionatın ən məhsuldar hücumçularından biri olub.
"Kəpəz"in bu keçidi yaxın zamanda açıqlayacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью