Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 21 noyabr, AZƏRTAC
İqlim maliyyəsinin ayrılmasında konkret öhdəliklərin götürülməsi, həmçinin uşaqların səslərini, onların çağırışlarını dinləmək və bunu həyata keçirmək kimi mövzularda müzakirələrin aparılması COP29-u fərqləndirən cəhətlərdəndir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Zambiyadakı “Save the Children” təşkilatının uşaq hüquqlarının idarə edilməsi üzrə mütəxəssisi Sichepele Hermis Maunda söyləyib.
"İnanıram ki, danışıqlardan müsbət nəticələr əldə edəcəyik. Mən artıq 2 həftədir ki, Azərbaycandayam. Yaradılan şəraitdən, ümumilikdə isə hər şeydən razı qaldım",- deyə o vurğulayıb.