Zambiyanın sabiq prezidenti vəfat etdi

05.06.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zambiyanın keçmiş Prezidenti Edqar Lunqu 68 yaşında vəfat edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Lunqunun başçılıq etdiyi müxalif Vətənpərvər Cəbhə partiyası məlumat yayıb.

"Cənubi Afrikada xüsusi müalicə alan keçmiş prezident iyunun 5-də vəfat edib", - partiyanın bəyanatında deyilir. Olüm səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Lunqu 2015-ci ilin yanvarında Zambiya prezidenti seçilib. O, yenidən seçilmək istəsə də, 2021-ci ilin yayında keçirilən prezident seçkisində müxalifət nümayəndəsi Hakainde Hiçilemaya uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью