Zamiq darmadağının əsasını qoydu

15.01.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Eqnatiya” bu gün Albaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində növbəti matçını keçirib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geydiyi komanda öz meydanlarında “Kastrioti” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu görüşün start heyətində yer alan Zamiq 17-ci dəqiqədə komandasının ilk qolunu vurub.

Albaniya Kuboku

1/8 Final

15 yanvar

Eqnatiya – Kastrioti 4:0

Qollar: Z.Əliyev, 17, E.Ndreka, 77 (pen.), L.Melo, 82, L.Doukou, 89

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью