Zamiq Əliyev Albaniya çempionu titulunu qazanıb

13.05.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev Albaniya çempionu titulunu qazanıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Eqnatiya” həlledici görüşdə “Vlajniya” ilə qarşılaşıb.

Əliyevin komandası inamlı oyunla 4:0 hesablı qələbə qazanıb. “Eqnatiya” tarixində ikinci dəfə ölkə çempionu olub. Komanda ilk dəfə ötən mövsümdə bu uğura nail olmuşdu.

Qeyd edək ki, Zamiq final görüşündə start heyətdə meydana çıxıb və 90 dəqiqə meydanda olub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью