Zamiq Əliyev Albaniyada növbəti oyununa çıxdı

01.02.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Albaniya çempionatında 23-cü turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geydiyi “Eqnatia” öz meydanında “Bylis”i qəbul edib.

Matç həmyerlimizin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Zamiq Əliyev 90-cı dəqiqədə Redi Kasanın əvəzinə meydana çıxıb. 

Qələbə sayəsində xallarının sayını 42-ə çatdıran “Eqnatia” turnir cədvəlində liderdir. Komanda ən yaxın izləyicisi “Vilaznia”nı 2 xal qabaqlayır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью