Zamiq Əliyev Albaniyada növbəti oyununa çıxdı

16.02.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Albaniya çempionatında 25-ci turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geydiyi “Eqnatia” öz meydanında “Partizani”ni qəbul edib.

Matç həmyerlimizin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Start heyətində yer alan Zamiq Əliyev 90 dəqiqə meydanda olub. 

Qələbə sayəsində xallarının sayını 48-ə çatdıran “Eqnatia” turnir cədvəlində liderdir. Komanda ən yaxın izləyicisi “Vilaznia”nı 4 xal qabaqlayır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью