Icma.az bildirir, Fanat portalına istinadən.
Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin Albaniyanın "Eqnatia" klubu ilə bağlı qeyri-müəyyənliyinə son qoyulub.
Fanat.Az xəbər verir ki, gənc müdafiəçi hərbi xidmət öhdəliyi ilə əlaqədar ölkədən çıxışına qoyulan məhdudiyyəti tamamilə həll edib. Səlahiyyətli qurumlarla bağlı problemi geridə qoyan futbolçu artıq Albaniyaya yollanıb.
Zamiq Əliyev artıq sabahdan etibarən "Eqnatia"nın düşərgəsində məşqlərə qoşulacaq. Texniki heyətin ixtiyarına veriləcək futbolçu komandanın yeni mövsüm hazırlıqlarında yerini alacaq.
Klub rəhbərliyi və azarkeşlər müdafiə xəttinin önəmli simasının yenidən heyətə qayıtmasını böyük sevinclə qarşılayıblar.
Kamil Xudiyev