Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Zamiq Əliyevin klubundan inamlı qələbə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Albaniya Superliqasında 7-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" öz meydanında "Vllazniya"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
18 oktyabr
"Eqnatiya" - "Vllazniya" - 3:1
Qollar: A.Albanese, 9, D.Adcessa, 41, İ.Gruda, 86 // D.Peres, 59
Zamiq Əliyev bu qarşılaşmada ehtiyat oyunçular skamyasında yer alıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran "Eqnatiya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.