Zamiq Əliyevin komandası 1 xalla kifayətləndi

26.10.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Albaniya Superliqasında 8-ci turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə “Partizani” ilə qarşılaşıb. 

Zamiq Əliyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb. 

Görüş 0:0 hesabı ilə başa çatıb. 

Ardıcıl ikinci görüşdə heç-heçə oynayan "Eqnatiya" 15 xalla ikinci pillədə qərarlaşıb. Zamiqin komandası lideri “Vilaznia”dan 4 xal geri qalır. 

"Çelsi" və "Liverpul" xal itirdilər "Trabzonspor"dan növbəti qələbə Bundesliqa: "Leypziq"dən darmadağın La Liqa: "Atletik" "Xetafe" ilə bacarmadı "Napoli" "İnter"i məğlub edib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью