Zamiq Əliyevin komandası III mərhələdə

01.08.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" UEFA Konfrans Liqasında uğurlu çıxışla yadda qalıb.

İdman.biz xəbər verir ki, Albaniya təmsilçisi turnirin III mərhələsinə yüksəlib.

Zamiqin komandası hər iki oyunda Minsk "Dinamo"suna qalib gəlib. İlk matçda 2:0 üstün olan "Eqnatiya"ya cavab görüşündə bir qol kifayət edib. Bu qarşılaşmada start heyətində yer alan Əliyev 86-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, albanlar növbəti mərhələdə "Olimpiya" (Sloveniya) münasibətlərə aydınlıq gətirəcəklər.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью