Zamiq Əliyevin komandası kuboku əldən verdi

02.05.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin də formasını geyindiyi "Eqnatiya" Albaniya kubokunda final matçına çıxıb.

QOL.az xəbər verir ki, Rroqojine təmsilçisi həlledici matçda Tirana “Dinamo”su ilə qarşılaşıb. "Elbasan Arena"da keçirilən görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada "Dinamo" daha dəqiq davranıb və ölkə kubokunu qazanıb - 5:4. 

Zamiq də bu oyunda iştirak edib. 24 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Albaniya kuboku, final

"Dinamo" - "Eqnatiya" - 2:2 (Penaltilər seriyası - 5:4)

Qollar: Qindo,45+3, Bakayoko, 90+5 - İtodo, 17, 61

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью