Zamiq: “Heç vaxt görmədim ki, Cabir kiminsə xətrinə dəysin” VİDEO

30.09.2025

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hamımız şok içərisində idik. Doğrudan da, çox ağır xəbər idi. O bizim əziz dostumuz, çox yaxşı insan idi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış müğənni Zamiq Hüseynov Cabir İmanovun vida mərasimində jurnalistlərə açıqlamasında deyib.
“Onun heç vaxt kiminsə xətrinə dəydiyini görmədik. Hamı onu sevirdi”, - deyə o əlavə edib.
Zamiq Cabir İmanovun səhhəti ilə bağlı şikayətlərinin olub-olmaması məsələsindən də danışıb:
“Heç vaxt şikayətini eşitməmişdim. Özünə baxırdı, hətta ona demişdim ki, “günü-gündən daha da formaya düşürsən, sirrini bizə də de”. Hər gün idman edir, yeməyinə diqqət edirdi”.
Aygün Hüseyn, Pərviz Allahverdiyev, Elcan Bəşirli Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью